Şəfəqə Doğru » Gündəm » Sabahdan Azərbaycanda yeni qadağa başlayır

Sabahdan Azərbaycanda yeni qadağa başlayır

Sabahdan Azərbaycanda yeni qadağa başlayır

Sabahdan – sentyabrın 1-dən etibarən Azərbaycanda daha bir qadağa qüvvəyə minir. Xəbərdə bildirilir ki, qərara əsasən, sabahdan su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Bu haqda qərarı Baş nazir Əli Əsədov aprelin 14-də imzalayıb. Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

 Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Dördpendirli pizza

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur//yenisabah.az