Məşhur avtomobil istehsalçısı “Volkswagen” model çeşidini təxminən yarıya endirə və SEAT brendindən imtina edərək “Cupra” şirkətinin xeyrinə istifadə edə bilər.
Xarici mediayanın xəbərinə görə, dəyişikliklərin 2030-cu illərin əvvəllərinə qədər davam edəcəyi, nəticədə 100 min iş yerinin ixtisar olunacağı gözlənilir.
Strategiyanın yenidən baxılmasına Çindəki “Volkswagen” şirkətinin gəlirliliyinin və mənfəətinin azalması səbəb olub. Potensial tədbirlər şirkətin Boston Consulting Group ilə əməkdaşlıq çərçivəsində hazırladığı daxili sənəddə qeyd olunub.
Plan həmçinin 2030-cu illərin əvvəllərində Almaniyanın dörd zavodunda istehsalın dayandırılmasına imkan verir//musavat.com
