Şəfəqə Doğru » Gündəm » TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI - Dərmanı və peyvəndi YOXDUR

TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI - Dərmanı və peyvəndi YOXDUR

TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI - Dərmanı və peyvəndi YOXDUR

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 3 nəfərdə Qərbi Nil virusu aşkarlanıb.

"Sözcü" qəzetinin bildirdiyinə görə, bu barədə ŞKTC Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, onlardan 2-si yuxarı tənəffüs yolları infeksiyası, boğaz ağrısı, qızdırma və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib. Aparılan müayinələr nəticəsində hər iki şəxsin Qərbi Nil virusuna yoluxduğu müəyyənləşib.

Xəstəxanada müalicə alan 2 nəfərin vəziyyətinin əvvəlki günlə müqayisədə yaxşılaşdığı, həyati təhlükələrinin olmadığı və sağlamlıq durumlarının nəzarətdə saxlanıldığı bildirilib.

Virus aşkarlanan üçüncü şəxsin isə heç bir sağlamlıq şikayətinin olmadığı qeyd edilib.

Qan analizləri zamanı aparılan müayinələrdə həmin şəxsin Qərbi Nil virusu testinin pozitiv çıxdığı, lakin səhhətində hər hansı mənfi halın müşahidə olunmadığı vurğulanıb.

Səhiyyə Nazirliyi Qərbi Nil qızdırmasının Culex növü ağcaqanadların dişləməsi ilə insanlara keçən xəstəlik olduğunu açıqlayıb.

Virusa yoluxan şəxslərin böyük əksəriyyətində heç bir əlamət özünü büruzə vermir. Lakin bəzi hallarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, əzələ və oynaq ağrıları, qusma, səpgi və limfa düyünlərinin şişməsi kimi əlamətlər meydana çıxa bilər.

Nadir hallarda isə virus mərkəzi sinir sisteminə təsir edərək ensefalit və ya meningit kimi ciddi xəstəliklərə yol açır. Bu riskin xüsusilə yaşlı insanlarda və immun sistemi zəif olan şəxslərdə daha yüksək olduğu bildirilib.

Nazirlik insanlar üçün hazırlanan Qərbi Nil qızdırması peyvəndinin və ya virusa birbaşa təsir edən xüsusi dərmanın mövcud olmadığını açıqlayıb. Xəstəliyin müalicəsində dəstəkləyici üsullardan istifadə olunur.

Xəstəlikdən qorunmağın ən effektiv yolunun ağcaqanad dişləmələrindən qorunmaq olduğu vurğulanaraq vətəndaşlara aşağıdakı tövsiyələr verilib:

- Pəncərələrdə və qapılarda torlardan istifadə olunması
- Evin ətrafında yığılan suların mütəmadi olaraq boşaldılması
- Ağcaqanadların çox olduğu saatlarda uzunqol və açıq rəngli geyimlərə üstünlük verilməsi
- Ağcaqanad qovucu vasitələrdən yararlanılması
//musavat.com