Şəfəqə Doğru » Gündəm » Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb.

Xəbər verilir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zamanı şəxsi istifadə üçün saxladığı bir büküm marixuana aşkarlanıb.

Faktla bağlı onun barəsində müvafiq maddə üzrə inzibati protokol tərtib olunub.

S.Rzayev ifadəsində Xankəndi şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü vəzifəsində çalışdığını bildirib. O, bir neçə tanışı ilə yaşayış evlərindən birinin həyətində narkotik vasitə istifadə etdiyini, bundan sonra saxlanıldığını və üzərindən narkotik maddə aşkarlandığını deyib.

O, təqsirini etiraf edərək əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Sahib Rzayev 15 gün müddətinə inzibati qaydada həbs edilib//lent.az