Nigeriyanın paytaxtı Abucada yaşayan 42 yaşlı Uqanda vətəndaşına Ebola virusunun Bundibuqyo ştammı diaqnozu qoyulub.
BBC-i xəbər verir ki, İsveçrənin Xarici İşlər Nazirliyi virusa yoluxan qadının isveçrəli diplomatın həyat yoldaşı olduğunu təsdiqləyib.
Qadının oktyabrın 20-də verdiyi testin nəticəsi müsbət olub. Hazırda o, özünütəcrid şəraitindədir.
İlkin olaraq malyariyadan şübhələnildiyi üçün qadın bir neçə tibb müəssisəsinə müraciət edib. Ebola virusuna görə test isə simptomların yaranmasından 13 gün sonra, oktyabrın 19-da aparılıb.
İsveçrə rəsmiləri qadının virusa Uqandaya səfəri zamanı yoluxduğunu ehtimal edirlər. Bununla belə, yoluxmanın dəqiq mənbəyi hələ müəyyən edilməyib.
Məlumata görə, İsveçrənin Nigeriyadakı diplomatik nümayəndəliyi fəaliyyətini davam etdirir. Nümayəndəliyin əməkdaşları arasında Ebola virusuna yoluxma halı qeydə alınmayıb.
Ebola epidemiyasının hazırkı dalğası may ayında Konqoda başlayıb, daha sonra Uqanda və Keniyaya da yayılıb. Təkcə Konqoda 9 500 nəfər virusa yoluxub, onlardan 4 600-dən çoxu həyatını itirib.
