Deputat Musa Qasımlı bildirdi ki, əgər bu qanunu qəbul etsək, ölkəmiz, cəmiyyətimiz fayda görəcək. Ona görə də qanunun müzakirəsinin iki oxunuşda qəbulunu təklif etdi.
Deputat Jalə Əliyeva da qanun layihəsini mükəmməl sənəd kimi xarakterizə etdi və onun hazırlanmasına görə deputat həmkarı İsa Həbibbəyliyə təşəkkür etdi.
Deputat Sona Əliyeva da qanun layihəsi haqqında müsbət fikirlərini dedi.
Deputat Bəxtiyar Əliyev isə bu qanunun qəbulunun sosial sifariş olduğunu söylədi.
Qeyd edək ki, Milli Məclis ötən iclasdan müzakirəsi yarımçıq qalan məsələləri müzakirə etdiyi üçün cari məsələlərə vaxt ayrılmayıb.