Şəfəqə Doğru » Gündəm » Bakıda çəkilən yeni əyri yol hər kəsin təəccübünə səbəb olub - VİDEO

Bakıda çəkilən yeni əyri yol hər kəsin təəccübünə səbəb olub - VİDEO

Bakıda çəkilən yeni əyri yol hər kəsin təəccübünə səbəb olub - VİDEO
Paytaxtın "Sovetski” adlanan ərazisində aparılan işlər çərçivəsində Füzuli küçəsinin davamının "Beşmərtəbə” dairəsinə birləşdirilməsi işləri yekunlaşsa da, "Azdrama”nın yanındakı yol ordan keçən hər kəsin təəccübünə səbəb olub. Yolun əyri olması sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Shafaqadogru.com Xezerxeber.az-a istinadən xəbər verir ki, yolun hansı səbəbdən düz çəkilməməsi hamı üçün qaranlıq qalıb.

"Azəravtoyol” ASC-dən bildirirlər ki, həmin yolun layihə üzrə trayektoriyası elədir. O yol əslində əyri deyil, sadəcə maililik var. Həmin ərazidə qurulacaq landşaftda yaşıllıq zolaqları, süni təpəciklər, yəni xüsusi landşaft yaradılıcaq. Ona uyğun olaraq da yol həmin şəkildə layihələndirilib.

"Azəravtoyol” sözçüsü Anar Nəcəfli bildirir ki, yolun ətrafında nəzərdə tutulan işlər görüldükdən sonra görünüşü hər kəsin gözünü oxşayacaq.

TEREF.İNFO mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: