Şəfəqə Doğru » Gündəm » Əfqanıstanda dəhşətli terakt anı: 60 ölü, yüzlərlə yaralı - Video

Əfqanıstanda dəhşətli terakt anı: 60 ölü, yüzlərlə yaralı - Video

Əfqanıstanda dəhşətli terakt anı: 60 ölü, yüzlərlə yaralı - Video

Əfqanıstan paytaxtı Kabildə Almaniya səfirliyinin binası qarşısında partlayış baş verib.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə informasiyanı "Röyter” agentliyi yayıb.

Partlayış nəticəsində Çinin "Sinxua” agentliyinin bürosu da zərər görüb. Partlayış zamanı dəqiq nə qədər adamın öldüyü bilinmir. Xarici KİV-lər ölənlərin sayının ən azı 60 nəfər olduğunu, yaralıların sayının isə 100-ə çatdığını vurğulayırlar.

***

Kabildə törədilən partlayışda Yaponiya səfirliyinin iki əməkdaşı da yaralanıb.

Bu barədə informasiyanı Yaponiya Xarici İşlər Nazirliyi yayıb.