Lənkəranda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, 14 yaşlı Nəsirzadə Taleh Anar oğlu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun xəstəxanaya gətirilərkən öldüyü məlum olub. Yaxınları yeniyetmənin boğazında şaftalı tumunun qaldığını bildiriblər.