Şəfəqə Doğru » Manşet » SARKİSYAN ÖLKƏDƏN QAÇIB?

SARKİSYAN ÖLKƏDƏN QAÇIB?

SARKİSYAN ÖLKƏDƏN QAÇIB?

Ermənistan müxalifəti prezident Serj Sarkisyanın ölkədən qaçmasına dair ilginc məlumatlar yayıb.

Sarkisyanın İrəvanda polis idarəsinin silahlılar tərəfindən ələ keçirilməsindən sonra ölkədə qiyam olacağından ehtiyat edərək bir müddətlik xaricə getdiyi iddia olunur.

Ölkədə silahlı qiyamın davam etdiyi günlərdə Sarkisyan bir dəfə də olsun hadisə ilə bağlı bəyanat verməyib.

Ermənistan prezidentinin müşaviri Alik Sarkisyan ölkə rəhbərinin iş başında olduğunu söyləsə də "sonuncu dəfə prezidenti nə vaxtı görmüsünüz?” sualına heç bir cavab verməyib.