Şəfəqə Doğru » Gündəm » Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödədi

Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödədi

Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödədi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam olaraq ödəyib. Lent.az-ın əldə etdiyi məlumata görə, sabiq aparat rəhbəri bu gün yerdə qalan 2 milyon 25 min manat ziyanı banka keçirib. 

Xatırladaq ki, istintaq orqanı Vidadi Zeynalovun ümumi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğu bildirib. "Rabitə işi” üzrə 11 təqsirləndirilən şəxsdən artıq 10-u dövlətə vurduğu ziyanı tam ödəyib. Yalnız "Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayevin dövlətə 2 milyon manat borcu qalıb.

Qəmbər Bəybalayev məhkəmədə bildirib ki, onun yerinə sabiq nazir Əli Abbasov, həmçinin nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov və Namazalı Məmmədov dəymiş ziyanı ödəmək istəyirlər. Lakin buna imkan verilməyib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini, Cəlil Cəfərov, Səhrab Hümbətov, Məhəmməd Məmmədov, Bayram Vəliyev və Oktay Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.