Şəfəqə Doğru » Gündəm » Siyəzəndə sərnişin avtobusu dağdan aşıb - YENİLƏNİB

Siyəzəndə sərnişin avtobusu dağdan aşıb - YENİLƏNİB

Siyəzəndə sərnişin avtobusu dağdan aşıb - YENİLƏNİB
Siyəzən rayonunda baş vermiş hadisədə yaralanmış daha iki nəfərin kimliyi məlum olub. Bunlar 1982-ci il təvəllüdlü Elçin Balabəyov və 1988-ci il təvəllüdlü Cavid Əzimovdur. 
*** 23:49
Siyəzəndə baş vermiş ağır yol qəzasında yaralananların adları bəlli olub
Bu gün Siyəzən rayonunda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları bəlli olub. Hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. "Report"un Şimal bürosu hadisə zamanı yaralanan şəxslərin bəzilərinin adlarını öyrənə bilib:
Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü
Digər yaralıların da adlarını öyrənməyə çalışacağıq.
Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.
*** 22:42
Siyəzən rayonunda ağr yol qəzası baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə az öncə baş verib. Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib. 
Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.