Şəfəqə Doğru » Gündəm » Üç uşaq atası Mingəçevir su anbarında boğularaq ölüb

Üç uşaq atası Mingəçevir su anbarında boğularaq ölüb

Üç uşaq atası Mingəçevir su anbarında boğularaq ölüb
Mingəçevir su anbarında bədbəxt hadisə baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Bərdə rayonunun Güloğlular kənd sakini 33 yaşlı Qulu Məmmədov anbarda çimərkən batıb.
Hadisə axşam saatlarında baş verib. O, Bərdədən dostları ilə birlikdə Mingəçevirə çimməyə gəlib. Lakin burada suyun dərin hissəsində çimərkən qəfil yoxa çıxıb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Q.Məmmədov 3 uşaq atasıdır.