Şəfəqə Doğru » Gündəm » Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı minik və "MAN” markalı yük avtomobilləri toqquşub. Nəticədə "Mercedes”-in sürücüsü hadisə yerində ölüb, sərnişin isə yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.