Nikol Paşinyan Qarabağda özünü baş terrorist kimi apardı. Bildirdi ki, buranın ağası bizik. O, beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik?
"Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı100 il belə olmağı arzulayırıq."- Paşinyan belə deyib.
Bu dığa özü də qanır ki, nə danışır. Həmin dığaya demək lazımdır ki, sən bu sözləri Rusiyanın sənin ağzını yumandan sonra deməyə başladın. Vaxtilə bağırırdın ki, Ermənistan Avrasiya və Kollektiv Təhlükəsizlik İttifaqından çıxmalıdır, Qarabağ məsələsi ilə bağlı Azərbaycanla danışığa getmək lazımdır.
İndi bu savadsız dığa Rusiyanın xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxır. Çünki bir neçə gündən sonra ağası V.Putinin qarşısında təzim edib dayancaqdır. Bu dığaya demək lazımdır ki, iki həftədən artıqdır ki, Rusiya telekanlları Ermənistanın üzərinə yeriyirlər. Bildirirlər ki, bu ermənilər qudurmasınlar, onlara dövləti də biz yaratdıq, onları adam etdik.
Rusiya telekanalları 1918-ci ildə ermənilərin Bakıda törətdikləri qətliamları nümayiş etdirdilər. Əslində, hamıya bəllidir ki. Rusiya öz quberniyası olan Ermənistanda qubernator Sərkisyanı yeni qubernator Paşinynala əvəz etdi. Bu dığa Paşinyan yaxşı bilir ki, Ermənistanın Qafqazda bir dövlət kimi qalması Ermənistan rəhbərliyinin Qarabağdan imtina etməsi ilə bağlıdır. Rusiya öz hayındadır. Çöküşə doğru gedir. Onun çökməsi Ermənistanın da yox olmasıdır.
Ermənistan güman edir ki, turizmlə, Avropa qrantları ilə aclığın qarşısını alacaqdır. Amma buna ümid bağlamaq absurddur. Paşinyan hələ "kef" edir. Bir azdan qəmə batacaqdır. Çünki Ermənistan iqtisadiyyatını dirçəltmək lazımdır. Ermənilər sürətlə ölkəni tərk edir. Cənab Nikol Paşinyan, darıxma, az qalıbdır! Ermənistanı bir dövlət kimi elə sənin kimilərin hərəkətləri daha tez çökdürəcək!
Məni maraqlanıdran bir məsələ də var ki, ona münasibət bildirməyi lazım bildim. Bu erməni rəsmi dığaları "Böyük Ermənistan"dan, Qarabağın Ermənistana birləşməsindən həvəslə danışırlar. Amma bizim bir rəsmimiz qorxusndan Azərbaycanın Güneyinin adını tuta bilmir. Bir rəsmimiz qorxudan deyə bilmir ki, Təbriz qədim Azərbaycan şəhəridir, Dərbənd qədim Azərbaycan şəhəridir. Nəinki rəsmilərimiz, hətta ziyalılarımız, politoloqlarımız, millət vəkillərimiz də qorxudan deyə bilmir. Yaxşı ki, ölkə başçısı çıxışlarında İrəvanın, Zəngəzurun, Göyçənin bizim olduğumuzu və oraya qayıtmaq şansımızı vurğulayır.
Amma siz bunu Xarici İşlər Nazirinin ağzından, yaxud hansısa diplomatın dilindən eşitmizinizmi? Hətta bəzi ziyalılarımız biz Bütöv Azərbaycan Ocaqları (BAO) rəsmilərinə deyirlər ki, ehtiyatlı olun, siz tez-tez Bütöv Azərbaycandan danışırsınız. Bu Rusiyanı, İranı, Ermənistanı, Gürcüstanı daha da qıcıqalandırar. Bunlara deyirik ki, cəhənnəmə qıcıqlandırar. Biz tarixi torpaqlarmızın adını tutmayaq? Onda gedib bulvarda "kef" edək, televiziyalarda iyrənc verilişlərn sayını artırmaq üçün müraciətlər edək. Bu mənada Ermənistan rəsmilərinə qibtə edirəm. Hələ 1918-ci ildə onlar Versalda "Böyük Ermənistan" məsələsini qoymuşdular. Paşinyana hücum etsəm də, ona da qibtə etdim!!! Qibtə etdim ki, Ermənistan milli kəsiminin maraqlarını dilə gətiribdir. Biz isə bir internet BAO.tv açmaq üçün nə qədər əziyyət çəkdik və çəkirik də...Əxlaqı pozan televiziya verilişlərinə qucaq-qucaq maliyyə ayıran "imkanlılar" heç olmasa Hacı Zeynalabdin Tağıyevi yada salıb xəcalət çəksinlər. Amma rudan düşmürük. Bilirik ki, milli qüvvələr daha da artacaqdır! Bu milli qüvvələr nəinki Qarabağı, Bütöv Azərbaycanı ortaya qoyacaqıır!!! Bu işdə ən böyük təbliğatı da inşallah BAO.tv aparacaq.
Cənab Nikol Paşinyan, tezliklə dediklərini sənə yedirdəcəyik!!!
Dilavər Əzimli
Tarixçi alim
Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini