Şəfəqə Doğru » Gündəm » Meşədə itən uşaq tapıldı, anası isə... – Dayısı danışdı

Meşədə itən uşaq tapıldı, anası isə... – Dayısı danışdı

Meşədə itən uşaq tapıldı, anası isə... – Dayısı danışdı

Quba rayonunda meşədə itən azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasının uşaq şöbəsinə yerləşdirilib.

Bunu Teleqraf.com-a açıqlamasında uşağın dayısı Məhəmməd Abbasov deyib.

Onun sözlərinə görə, uşağın vəziyyəti yaxşıdır: "Həyatı təhlükəsi yoxdur. Hazırda həkim nəzarətindədir”.

Məhəmməd Abbasov bildirib ki, uşaq meşə ərazisində tapılıb: "İki gün ərzində meşədə ac qaldığı üçün tapılan zaman halsız olub. O, FHN əməkdaşları ilə iki kənd sakini tərəfindən tapılıb. Uşağa FHN əməkdaşları su, çörək veriblər”.

Uşağın dayısı qeyd edib ki, azyaşlının anası uşaq itən zaman həyacan keçirdiyi üçün hazırda xəstəxanada müalicə alır.