Şəfəqə Doğru » Gündəm » İrəvanda Azərbaycan davası: Hamı Bakını dəstəkləyir

İrəvanda Azərbaycan davası: Hamı Bakını dəstəkləyir

İrəvanda Azərbaycan davası: Hamı Bakını dəstəkləyir

Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı yenidən ölkə parlamentində mübahisə yaranıb.

Shafaqadogru.com xəbər verir ki, bu dəfə mübahisə Yelk blokundan olan Nikol Paşinyanla Artaşes Geqamyan arasında olub. Paşinyan Geqamyanı erməni xalqını aldatmaqda ittiham edib. O, məhz Geqamyanın 2014-cü ildə İrəvanın Avrasiya İttifaqına girəcəyi təqdirdə müharibə ilə üz-üzə qalmayacağını söylədiyini vurğulayıb.

Geqamyan isə Paşinyana cavabında Ermənistanın Avrasiya kursunun doğru olduğunu, əks təqdirdə İrəvanı Ukraynanın taleyi gözlədiyini söyləyib. Bu zaman Paşinyan yenidən sözə başlayaraq, Geqamyanın yalan danışdığını bildirib:

"Sizin mülahizələriniz özünü doğrultmadı. Biz Avrasiya İttifaqına qəbul olduq və müharibə, itki ilə üzləşdik. Şübhə var ki, bu müharibədə Azərbaycanı bizim Avrasiya İttifaqındakı tərəfdaşlarımız dəstəkləyib. Məsələn, Qazaxıstan İrəvandakı Avrasiya İttifaqı sammitində iştirakdan imtina idi. Sizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqiniz öz müttəfiqini dəstəkləmir. Eyni yolu Belarus da Azərbaycanı rəsmi şəkildə müdafiə etməklə tutdu. Rusiya da həmçinin bu yolu seçdi”.