Rusiyanın Kursk vilayətində sərhədçilərə hücum olub.
Shafaqadogru.com xəbər verir ki, Tetkino qəsəbəsi ərazisində qeydə alınan insident nəticəsində 1 sərhədçi ölüb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Federal Təhlükəsizlik Xidmətinin Kursk vilayəti üzrə İdarəsindən bildirilib ki, insidentlə əlaqədar açıqlama oktyabrın 2-də veriləcək. Qeyd edək ki, Kursk vilayətinin cənub bölgəsi Ukraynanın Sumı vilayəti ilə sərhəddə yerləşir.