Şəfəqə Doğru » Gündəm » DEPUTATIN OĞLU ADAM VURDU – Ağır yaralı xəstəxanaya yerləşdirildi

DEPUTATIN OĞLU ADAM VURDU – Ağır yaralı xəstəxanaya yerləşdirildi

DEPUTATIN OĞLU ADAM VURDU – Ağır yaralı xəstəxanaya yerləşdirildi
"Yuxarı dairələrdən yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”


36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu "Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur. \Report\

"Qardaşımın yolu keçən piyadanı vurması barədə yayılan xəbərlər kökündən yanlışdır. Qardaşım 15 gündən çoxdur ki, ölkədə yoxdur. Ölkədə olmayan biri necə adam vura bilər ki!”.

Bunu Modern.az-a açıqlamasında deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalıyev qardaşı Yalçın Ağamalıyevin piyadanı vurması xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yalan xəbər yayanlar barədə ölçü götürüləcək.

"Bu cür informasiyanı yayanların kimliyini araşdıracağıq. Nəsimi Rayon Polis bölməsi ilə də əlaqə saxlayacağıq. Yuxarı dairələrdən də yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”.