Şəfəqə Doğru » Manşet » SAAKAŞVİLİYƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI

SAAKAŞVİLİYƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI

SAAKAŞVİLİYƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb.Bu barədə məlumat Ukrayna polisinin "Twitter” səhifəsində yerləşdirilib.

Saakaşviliyə qarşı Cinayət Məcəlləsinin 332-ci maddəsi ilə (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi ilə açılıb.

 

Qeyd edək ki, ötən gün Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.