Şəfəqə Doğru » Gündəm » Azerbaycanda masin selin altinda qaldi – Video

Azerbaycanda masin selin altinda qaldi – Video

Azerbaycanda masin selin altinda qaldi – Video
Hündür "Cip” maşını suyun altında qalıb və qaldırıcı kranla onu çıxarmağa çalışırlar. Ancaq cəhdlər uğursuz alınır.
Xəzər xəbər-in məlumatına görə, söhbət Yardımlı rayonunun Dəryavar kəndindən gedir. Kəndin içərisindən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də, avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb.
Sakinlərin sözlərinə görə, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur. Avtomobil yola daxil olandan sonra qəflətən artan sel isə onun hərəkətini tamamilə saxlayıb və maşının aşmaq təhlükəsi yaranıb.