Şəfəqə Doğru » Gündəm » Bakıda ata və oğlu yol qəzasında ölüb, beş nəfər xəsarət alıb

Bakıda ata və oğlu yol qəzasında ölüb, beş nəfər xəsarət alıb

Bakıda ata və oğlu yol qəzasında ölüb, beş nəfər xəsarət alıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107” markalı maşınla toqquşub.

 

Nəticəndə "VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.