Şəfəqə Doğru » Gündəm » MƏCBURİ UŞAQ ƏMƏYİNİN CƏZASI NƏDİR?

MƏCBURİ UŞAQ ƏMƏYİNİN CƏZASI NƏDİR?

MƏCBURİ UŞAQ ƏMƏYİNİN CƏZASI NƏDİR?
Qanunvericiliyin tələblərində boşluqlar varmı?
Yol kənarlarında, işıqforların yanında dayanıb avtomobillərin şüşələrini silən uşaqları hər gün görürük. Orta məktəblərdən yayınaraq bu işlərlə məşğul olanları hər gün neçə-neçə məmurlar da gördüyünü söyləsək yanılmarıq. Qanunvericilikdə sözügedən problemlə bağlı konkret olaraq hansısa qadağalar nəzərdə tutulubmu? Ümumiyyətlə, uşaqların təhsildən yayındırılaraq məcburi qaydada əməyə cəlb olunması ilə bağlı onların himayədərlərinə hansı cəzalar nəzərdə tutulur? Bununla bağlı aparığımız araşdırmalar nəticəsində aşağıdakı maraqlı məlumatları əldə etdik.

https://modern.az/images/cemiyyet/USHAQ_EMEY%C4%B0.jpgMəlum oldu ki, Azərbaycan Respublikasının Uşaqların Hüquqları Haqqında Qanunun 22 maddəsində uşaqların təhsil hüququ dövlət tərəfində təmin olunur və qorunmasını dövlət öz üzrinə götürür. Bu qanun uşaqların icbari ümumi orta təhsildən uşağın yayındırılmasını qadağan edir. Həmçinin İnzibati Xətalar Məcəlləsi uşaqların təlim və tərbiyəsini lazimi qaydada yerinə yetirməyən valideynlər xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir. Əmək Məcəlləsinin 9 maddəsində qeyd edilir ki, alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır. "Uşaq əməyinin ən pis formaları” haqqında 1999-cu il Konvensiyasının 3 maddəsində qeyd edilən uşaq əməyinin formaları (köləliyin bütün formaları və ya köləliyə oxşar təcrübə, məsələn, uşaqların satılması və uşaq alveri, borc və təhkimçilik asılılığı, habelə məcburi və ya icbari əmək, o cümlədən, uşaqlardan silahlı münaqişələrdə istifadə edilməsi üçün onları məcburi və ya icbari surətdə cəlb etmə, fahişəliklə məşğul olmaq, pornoqrafik materialların istehsalı, yaxud pornoqrafik tamaşalar üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə, müvafiq beynəlxalq müqavilələrdə müəyyən edildiyi kimi, hüquqa zidd fəaliyyətlə məşğul olmaq üçün, xüsusilə, narkotik maddələrin istehsalı və satışı üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə, öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına ziyan vura biləcək iş) beynəlxalq səviyyədə qadağan olunub və İlham Əliyevin imzaladığı 13 yanvar 2004-cü il tarixli N 585-IIQ qərarla qüvvəyə minib.

https://kanal13.tv/photos/orta/qonaq-sevil-allahverdiyeva.jpg

"Qadın Problemlərinin Tədqiqatları Mərkəzi" İctimai Birliyinin rəhbəri Sevil Allahverdiyevanın dediklərinə əsasən, Azərbaycanda uşaq əməyinin istismar olunması problemi, nə yazıq ki, mövcudluğunu qorumaqdadır. Onun sözlərinə görə, bəzən bu o həddə gəlib çatır ki, uşaqlar son nəticədə sağlamlığı ilə vidalaşmalı olur: "Son vaxtlar metro keçidlərində, avtomobil dayanacaqlarında azyaşlı uşaqların "nəm salfetka", dəsmal və digər bu kimi əşyalar satdığının tez-tez şahidi oluruq. Azyaşlı uşaqlar arasında bu gün ən ciddi problemlərdən biri əməyin istismarıdır. Ancaq deməzdim ki, uşaq əməyinin istismarı mütəşəkkil bir qrup tərəfindən idarə olunur, yaxud da həmin uşaqlar aralarında ciddi qruplaşma yaradıblar. Sözügedən problemin günbəgün aktuallaşmasında və cəmiyyətdə narahatlıq səviyyəsinə gəlib çıxmasında valideynlərin böyük günahı var. İlk öncə valideyninə kömək məqsədilə uşaq bu cür xırda alverlə məşğul olur. Ancaq, belə olan hallarda uşaqların cinayətkar qrupların təsir dairəsinə düşmək ehtimalı da böyük olur. Bu baxımdan düşünürəm ki, uşaq sadəcə təhsil almalıdır, ailədə böyüməlidir. Yalnız yetkinlik yaşına çatandan sonra onun əmək fəaliyyətinə cəlb olunması normal ola bilər. Ona görə də uşaqların 16, 17 yaşa qədər fiziki əmək sərf edərək və dərsdən yayınaraq hər hansı bir işlə məşğul olması düzgün deyil.

Məlumat üçün qeyd edim ki, ölkədə küçə uşaqları üçün sığınacaq fəaliyyətə göstərir. Burada əsas məqsəd uşaqların küçədən yığılması, ailələrin bərpasıdır. Ailəsi yoxdursa, o zaman həmin uşaqların, "uşaq evləri", internat məktəblərində yerləşdirilməsi istiqamətində iş aparmaq lazımdır. Yoxsa "salfetka", dəsmal satan uşaqların gələcəyi heç də arzuolunan olmayacaq". Birlik sədri vurğuladı ki, hazırda uşaq əməyinin istismarı və insan alveri kimi məsələlərə dövlət çox ciddi nəzarət edir: "Bu yöndə müşahidələr var. Lakin məsələ ondadır ki, bu işdə cinayət tərkibi olmadığına görə mövcud vəziyyətə hər hansı bir təsir göstərmək olmur. Məlumat üçün onu da bildirim ki, qanunvericilikdə 14 yaşdan sonra uşaqların məhdud çərçivədə işləmələrinə icazə verilir. O şərtlə ki, işlədikləri sahə zərərli olmasın. Uşağın əməyə alışması məsələsi də normal, pozitiv bir məsələdir ki, dərsdən qalmadan əməklə məşğul olsun. Bu uşağın gələcək əmək fəaliyyəti üçün hazırlıq xarakteri də daşıya bilər. Bir çox inkişaf etmiş ölkələrdə, hətta imkanlı ailələrin uşaqları təhsildən sonra hansısa xidmət sahələrində işləyib, özünün cib xərclərini bu yolla təmin edir". 

https://kayzen.az/uploads/gallery/182/145/600_6b179bf345.jpgFaktXeber.com-un, "Sosioloqlar bu cür halların aradan qaldırılması üçün hansı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirlər”, - sualını, sosial tədqiqatçı Rasif Dünyamalıyev belə cavablandırdı: "Uşaqların əməyindən məcburi şəkildə istifadə edilməsi sosial problemdir və bu problemin səbəblərini aşadırmaq və həmin səbəbləri aradan qaldırmaq lazımdır.
Bu kimi halların aradan qaldırılması üçün dövlət, vətəndaş cəmiyyəti və ailə əməkdaşlıq şəklində fəaliyyət göstərməlidir. Dövlət uşaqlarının əməyini istismar edən və onları təhsildən yayındıran ailələrin sosial müdafiəsini gücləndirməli, vətəndaş cəmiyyəti isə həmin ailələr ilə dövlətin yaratdığı sosial xidmətlər arasında əlaqələndirici funksiyanı yerinə yetirməlidir. Bu iş əməkdaşlıq şəklində həyata keçirilməli və hər bir ailəyə, uşağa fərdi yanaşılmalıdır”.