Şəfəqə Doğru » Gündəm » Yasdan qayıdan ailə dəhşətli qəzaya düşdü: 5 ölü - Video

Yasdan qayıdan ailə dəhşətli qəzaya düşdü: 5 ölü - Video

Yasdan qayıdan ailə dəhşətli qəzaya düşdü: 5 ölü - Video


Shafaqadogru.com Axar.az-a istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Mersedes" markalı yük avtomobili və "Mersedes" markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dəhşətli qəza Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. Report-un yaydığı xəbərdə bildirilir ki, qəza "Mersedes” markalı minik avtomobilinin idarəetməni itirərək "Mersedes” deyil, "KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində baş verib.

Ölənlərin hamısı bir ailənin üzvləridir. Onların arasında 6 yaşlı uşağın da olduğu bildirilir. Ailə üzvləri Ağcabədi rayonundan, yas mərasimindən Bakıya qayıdırmış.