Qaçqın şəhərciyində yanğın - 5 NƏFƏR ZƏHƏRLƏNDİ
- Tarix: 12-dek-2017, 10:17 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 555

Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

Shafaqadogru.com report-a istinadən xəbər verir ki, yanğın 8 saylı doqquzmərtəbəli binanın 3-cü blokunun 6-cı mərtəbəsində liftdə baş verən qısaqapanmadan başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.


Oxşar xəbərlər