Şəfəqə Doğru » Gündəm » Qazax camaatı ağı qaradan seçə bilir

Qazax camaatı ağı qaradan seçə bilir

Qazax camaatı ağı qaradan seçə bilir

 Goyezen AZ adlı şəxsin şəkli.                                           

Geridə qalan bir neçə gündə bəzi qəzet və saytlar Vergilər Naziri Fazil Məmmədovun vəzifəsindən azad olunması ilə əlaqədar,onunla uzaq- yaxın əlaqəsi olan, xususən də icra hakimiyyəti başçıları barədə ağıllarına gələni yazırlar.Təəccüb və təəssüf doğuran cəhət budur ki,həmin icra başçılarının arasında Qazagın İH Başçısı Rəcəb Babaşovun da adı çəkilir və haqqında türklər demişkən "abuq-sabuq” fikirlər səsləndirirlər.

 


 


Ancaq , həmin yazıları, bilib-bilmədən yazan və tirajlayan yazar həmkarlarımızın nəzərinə bəzi danılmaz həqiqətlərin çatdırılmasına ehtiyac yarandığını görməkdəyik –bizə bəzən yol göstərən atalar sözlərində deyildiyi kimi-"İGİDİ ÖLDÜR, HAQQINI YEMƏ”

Hər şeydən əvvəl, ölkə prezdentinin vəzifəyə təyin etdiyi kadrların dosyelərinin xüsusi incəliklə gözdən keçirildikdən sonra onun təyinatı barədə sərəncam imzalandığını bilməmək mümkün deyil. Ələlxüsus, öz üzərinə jurnalistika fəaliyyəti götürmüş olanların.

Rəcəb Babaşov 2 ilə yaxın müddətdir ki, Qazağa RİH başçısı təyin edilib. Vəzifəyə təyin olunduğu bu az müddət ərzində R.Babaşov rayonun abadlaşdılması, sosial məsələlərin yaxşılaşdırılması və digər sahələrin inkişaf etdirilməsi üçün xüsusi təqdirəlayiq işlər görüb və görməkdədir. Rayonda apardığımız sorğular və araşdırmalarımızın nəticəsi olaraq, tam əminliklə deyə bilərik ki, ölkə prezidenti İ.Əliyev cənabları R.Babaşovu Qazağa başçı təyin etməklə ,Qazax camaatına ən böyük yaxşılıq ,qayğı və hörmətini sərgiləyib. Qazaxda və ətraf kəndlərdə redaksiyamız tərəfindən aparılan sorgular zamanı hər kəsdən eyni sözü eşidirik –"hələ əlli ildə Qazağa belə canı yanan nə bir katib, nə də ,başçı gəlməyib”. Rayon əhalisi hər fürsətdə R.Babaşovu bu rayona başçı təyin etdiyinə görə ,cənab İlham Əliyevə ağız dolusu təşəkkürlərini ifadə edirlər.

Rəcəb Babaşov Qazağa təyin olunduğu gündən gecəni gündüzə qataraq,bütün sahələrdə, xususən kənd təsərrüfatı sahəsində gördüyü işlərlə , özəl sektora ayırdığı diqqət və qayğı ilə rayonda fəaliyyət göstərən sahibkarları və kənd təsərrüfatı ilə məşğul olan fermerləri daha da həvəslə işləməyə ruhlandırır. R.Babaşov vətəndaşlarla əkin sahələrində , iş yerlərində yaxından təmasda olur, onların problemləri ilə maraqlanır, mümkün olduğu ən qısa zamanda problemlərin həllinə çalışır, aidiyyəti şöbələrə və məsul şəxslərə lazım olan göstərişləri verir.Qəbul günlərində vətəndaşların vaxt ayırmasına ehtiyac qalmır. Qazaxda icra başçısının rəhbəri olduğu rayonda bu cür ürəkdən xidmət göstərməsi sakinlər arasında gələcəkdə rayonun daha da sürətlə inkişafı edəcəyinə ümid yaradır. Sakinlərin fikrincə, az zamanda bu qədər işlər görən icra başçısı R.Babaşov qarşıdakı illərdə də Qazağın çiçəklənməsinə öz gərgin əməyi , ürəkdən gələn xidmət sevgisi ilə böyük töhfələr verməyə və ölkə başçısı İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa hər zaman davam edəcəkdir.

Yuxarıdakı fikirlərə əlavə olaraq, qeyd etməliyik ki, Rəcəb Babaşov bəzi icra başçılarından fərqli olaraq mətbuata və media nümayəndələrinə uzaq məsafədə dayanmır,onlara qarşı yad münasibət sərgiləmir.Əksinə, rayonda və bölgədə fəaliyyət göstərən mətbuat işçiləri ilə görüşlər keçirir, onların da rayonun, eləcə də ölkənin inkişafinda olan xidmətləri ni vurğulayır və əhalinin maariflənməsi, informasiyaların vaxtında, qərəzsiz oxuyuculara çatdırılması üçün jurnalistika fəaliyyətinin vacibliyini vurğulayır. Belə olan halda onu tanımadan, yaxından maraqlanılmadan R.Babaşova qarşı yönəldilmiş bəzi əsassiz,həqiqətə uzaq olan yazıların mətbuatda görünməsi həm rayon sakinləri

arasında, həm də, mətbuat mənsubları arasında təəssüf doğurur.Rayon ictimaiyyəti arasında bu cür qərəzli yazıların heç də xoş olmayan məqsədlərə xidmət etdiyi qənaətinə gəlinir.

Bu gün Qazağı sevən,onun inkişafını, çiçəklənməsini istəyən hər bir kəs bu yolda ürək qoyan, xidmət göstərən, zəhmət çəkən kim olursa olsun- istər sıravi vətəndaş, istərsə də icra başçısı- onun qədrini bilməli və bu yolda onu əngəlləməyə , arxadan çəkməyə yox , onu dəstəkləməyə, mümkün olan köməyini göstərməyə çalışmalıdır.

Neymət Novruzlu