BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanımayan qətnamə qəbul etdi.
Shafaqadogru.com xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını rədd edib.
Belə ki, Türkiyə və Yəmənin hazırladığı layihənin əsasında qəbul edilən qətnamənin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb.
Qətnamənin əleyhinə səs verən ölkələr ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya olublar.