Şəfəqə Doğru » Gündəm » Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir

Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir

Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir

Dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir

 


Bu barədə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.

O qeyd edib ki, axtarışlar hələ müsbət nəticə vermir: "Axtarışlar Quba rayonunun Xınalıq istiqamətində davam etdirilir. Hələ ki, bir nəticə yoxdur".

Qeyd edək, daha öncə itkin düşmüş alpinistlərin axtarışları Qəbələ rayonunda da aparılmışdı, bu axtarışlar da nəticəsiz qalmışdı.(Trend)