Şəfəqə Doğru » Gündəm » Bağça müdirinin əlləri ətəkdə qalıb.

Bağça müdirinin əlləri ətəkdə qalıb.

Bağça müdirinin əlləri ətəkdə qalıb.

                                           

  Deyirlər ki, şad və bəd xəbərlər bir anın içində ildırım sürəti ilə el-el,oba-oba yayılır .Əlimərdanlı kənd körpələr evi və uşaq bağçasının müdürəsi Tünzalə Cabbarovanın hər iki əlinin Tovuz rayon İcra Hakimiyyəti Başçısının içtimai və sosial məsələlər üzrə müavini Təranə Bayramovanın  ətəyinə yapışqan  kimi bərk –bərk yapışması və qopmaması xəbərinə   inananlar da oldu, inanmayanlarda.İcra aparatının məsul işçiləri nə qədər çalışsalar da Tünzalənin əllərini Təranə xanımın ətəyiundən qopara bilmədilər.Axırda belə qərara gəlindi ki,bu möcüzənin dərdinə yalnız Əlimərdanlı  cindər Fazil əlac tapa bilər.Çünki, Fazil bəy  öz həmkəndlisi  Tünzaləni hamıdan daha yaxşı tanıyır.

 Elçilər fazil bəyin qarşısını kəsdirib elə bir dua yazmasını isdədilər ki,baxca müdirəsinin əlləri ətəkdən tez ayrılsın və bu biabırçı hadisədən kənd caamatı bixəbər olsun .Ancaq deyillər ki, yerində qulağı vardır.Harada nə baş verirsə ,hamıdan əvvəl yerin qulaqları eşidir,və külli –aləmə faş edir.

Bu bəd xəbər cindər Fazildən qabaq Əlimərdanlılara çatdı.Pış-pıçla danışdılar ki,çox yaxşı oldu.Bəs Tünzalə bizim körpə balalarımızın ətini ,südünü,düyüsünü ,vermeşil- makaronunu ,yağını satıb "həzmi rabeden” keçirəndə bilmirdi ki,Allah da ona bağışlamıyacaq və əlləri ilə dağıtdıqlarını burnundan tökəcək...

  Xülasə bütün nəzərlər dikildi   Fazil bəyin telli sazına .Saz nə çalacaq hansı qaranlıq mətləbləri açacaq ,kimlər bu sazın havasına havalanacaqlar.Fazil bəy sazın dəmini dəm ,bəmini bəm edib başladı inkir-minkirləri bəyan etməyə:-Hə əzizlərim ,Tünzalənin əllərini ətəkdən qoparılması çox müşkül məsələdir. Bunun üçün ,əvvəl-əvvəl bir həmzət duası yazılmalıdır.Xanımın günahları isə,bir deyil,beş deyil...Bir baxın –baxın ,kənd icra nümayəndəsi Süleyman Muradov yavaş-yavaş baxcaya yaxınlaşır ki,görsün körpə balaların sağlam ,gümrah böyüməsi üçün,ətək-ətək xərclədiyi vəsait hesabına nələr alınıb, nələr bişirilib,uşaqların hal -əhvalı necedir?Tünzalə xanım isə Süleyman bəyi həyətdə qarşılayıb deyir.Süleyman bey ,Təranə xanım göstəriş verib ki,nə bir valideyn ,nə bir rəhbər işçi,nə də bir müxbir bax o bağlı qapını açıb içəri girə bilməz.Xahiş edirəm nece gəlmisiniz elədə qayıdın .Uşaqların dərdi-səri sizlərə qalmayıb.Daha sonra Fazil bəyin əlləri pərdələrdə aşağı- yuxarı  gəzir.Və birdən üzünü,gözlərini bərəldərək,ona doğru tuşlananlara astadan deyir:-mən təkcə kəndimizdəki uşaq baxcasından başqa digər kəndlərdəki uşaq bağçalarının da qapılarından kıfıllar asıldığını görürəm.Nə qədər” sim-sim qapı açıl "-deyirəm ,aşılmır ki, açılmır.Burada kiminsə bir sehirli əli var.Gərək əvvəlcə cadu-piti ilə həmin əli açım,sonra da Tünzalənin əllərini Təranə xanımın ətəyindən qoparım. Bərəlmiş gözlərin sahibləri bir ağızdan :- nə edirsən et ,tez əli ətəkdən qopar.

 Fazil bey bir daha sazı dınqıldadıb deyir:-Saz göstərir ki,bunun yalnız bir çarəsi var :-Tünzalənin hər iki əli dibindən kəsilməlidir.Təranənin də bağçaların ağzına vurduğu paslı qıfıllar qırılıb atılmalıdır.Uşaq bağçası məyər həpisxana  zaddır ki,heç kəs ora daxil ola bilməz? Bu oyun ona görə oynanılır ki,əyri əllərin əməllərindən heç kəs xəbərdar olmasın.Alınan ərzaq hara getdi,necə qeyb oldu sirli qalsın.

Beləliklə elçilər üz tuturlar rayon mərkəzinə cindər Fazilin yazdığı cadu –pitini qoydular başçının qabağına .Başçıda sərəncam verdi ki bəd əllər kəsilsin və bağçalara nəzarət daha etibarlı  əllərə tapşırılsın ...

Baxaq görək, o, etibarlı əllərin sahibi kimlər olacaq?...

 

                                                                                                            S.Məmmədov

                                                                                                            N.Novruzov.

                                                                                                            Tovuz rayonu.