Şəfəqə Doğru » Gündəm » İranda hicablarını açıb yerə tullayan qadınlar...

İranda hicablarını açıb yerə tullayan qadınlar...

İranda hicablarını açıb yerə tullayan qadınlar...

İranda 29 qadın hicab əleyhinə aksiyalarda iştiraka görə həbs edilib.

Shafaqadogru.com xəbər verir ki, bu barədə informasiyanı "Tasnim Nyus” agentliyi yayıb. Agentlik həbs edilən qadınların hamısının ictimai qaydanı pozmaqda ittiham edildiyini bildirib.

Qeyd edək ki, bundan öncə İranın bir sıra şəhərlərində onlarla qadın hicab əleyhinə etiraz aksiyası keçirmişdi. Onlar aksiyalar zamanı öz hicablarını açaraq yerə tullamışdılar.