Qonşu Türkiyə və Gürcüstandan sonra İranda da meymuçiçəyi virusuna yoluxma qeydə alınıb.
Bəs Azərbaycanda virusun yayılma ehtimalına qarşı peyvəndlənmə həyata keçirilə bilər?
Shafaqadogru.com-un məlumatına görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda meymunçiçəyinə qarşı peyvəndlənmə nəzərdə tutulmayıb.
Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.
Nazirlik bəyan edib ki. Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.