Türk ordusu bu gün Afrin əməliyyatında daha bir şəhid verib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi məlumat yayıb.
Bildirilib ki, bu gün "Zeytun budağı" əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə qarşı Afrinin Kuri Təpə bölgəsində gedən döyüşdə raket hücumu nəticəsində bir əsgər həlak olub: "Dərhal atəş nöqtəsinə cavab verilərək, məhv edilib".
Məlumatda o da bildirilib ki, bu gün Afrinin Dikmetaş kəndi də PYD/PKK terrorçularından azad edilib.