Bu gündən aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.
Bu gün əldə edilən məlumata görə daha bir namizəd, hüquqşünas Anar Umudov öz namizədlik iddiasını geri götürüb.MİA.az-ın yazdığına görə buna səbəb yetərli imza sayının yığılmaması olub.
"Bu gün biz topladığımız imzaları hesabladıq. Lakin tələb olunan imzaların sayını toplaya bilməmişik. Hardasa imzaların yarısının toplanmasına nail olmuşuq. Bu baxımdan gün sonuna kimi sənədlərimizi MSK-ya təqdim edə bilməyəcəyik. Biz 60 dairəni əhatə etməliydik, amma təqribən 45-ə yaxın dairələri əhatə edə bildik. Təəssüf ki, tələb olunan imzaları toplaya bilmədik”.
Anar Umudov həmçinin deyib ki, növbədənkənar prezident seçkilərində heç bir namizədi dəstəkləmək fikri yoxdur.