Şəfəqə Doğru » Gündəm » Fermerlər halal pullarını ala bilmirlər... - Nazirliyə də şikayətlər var

Fermerlər halal pullarını ala bilmirlər... - Nazirliyə də şikayətlər var

Fermerlər halal pullarını ala bilmirlər... - Nazirliyə də şikayətlər var
"Pambıq, tütün, şəkər çuğunduruna ayrılan subsidiyalarının verilməsi ilə bağlı narahatlığa əsas yoxdur”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, Nazirliyin Çağrı Mərkəzinə də şikayyətlər daxil olur:

"Bir həftə əvvəl kənd təsərrüfatı nazirinin müavininin sədrlik etdiyi Respublika Komissiyası subsidiyaların verilməsi ilə bağlı qərar verib. Həmin qərar Maliyyə Nazirliyinə, Hökumət orqanlarına, yerli icra və kənd təsərrüfatı orqanlarına verilib. Qərara Maliyyə Nazirliyində baxılacaq və yaxın günlərdə fermerlər plastik kartlar vaistəsilə Kapital ASC-dən subsidiyanı əldə edə biləcəklər”. 

Murtuzəli Hacıyevin sözlərinə görə, şəffaflığın təmin olunması məqsədilə Nazirliyin internet saytında istehsalçıların adları, ayrılan subsidiyaların məbləğı ilə bağlı məlumatlar yerləşdirilib: "Fermerlər hər hansı uyğunsuzluqla rastlaşarlarsa, 0652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər”.