Fransanın sabiq prezident Nikolas Sarkozi polis tərəfindən saxlanılaraq göz altına alınıb.
LeMonde-un yaydığı məlumatlara görə, N. Sarkozi 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb.
Hüquq-mühafizə
orqanları onun 2007-ci il prezident seçkiləri ilə bağlı kampaniyasına
Liviyanın keçmiş lideri Muammer Qəddafi tərəfindən dəstək verilməsi ilə
bağlı məlumatları yoxlayır.
Yayılan məlumatlarda o
da bildirilir ki, müstəntiqlər hazırda Sarkozinin 2-ci müddəti üçün
namizədliyini irəli sürdüyü və Fransua Ollanda uduzduğu 2012-ci il seçki
kampnaiyasını da yoxlamağa başlayıblar.
Nicolas Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub