Şəfəqə Doğru » Gündəm » Lerikdə meşə zolaqlarındakı yanğın söndürülüb

Lerikdə meşə zolaqlarındakı yanğın söndürülüb

Lerikdə meşə zolaqlarındakı yanğın söndürülüb

24 mart 2018-ci il tarixində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında baş vermiş yanğın saat 22-50 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, yanğın zamanı təxminən 25 sot ərazidə quru ot və kol-kos yanıb, meşə fonduna ziyan dəyməyib.

Həmçinin Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş vermiş yanğın gecə saat 24 radələrində tam söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğının meşə fondu ərazisinə keçməsinin qarşısı alınıb.