Masallı rayon sakinini Rusiyadan gələrək güllələyən şəxs Bakıda öldürülüb.
Trend-ə istinadən yayılan xəbərdə bildirliir ki, Masallı rayonunda silahlı insident
nəticəsində 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin
Nuru oğlunu güllələyərək öldürən şəxs Bakıda təqib olunub.
Hüquq-mühafizə
orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq həmin
şəxsin 1977-ci il təvəllüdlü Zaur Əliyev olduğu müəyyənləşib. Keçirilən
əməliyyat tədbirləri nəticəsində onun Nərimanov rayonu ərazisindəki
kirayədə yaşadığı mənzildə olduğu müəyyən edilib.
Əməliyyat
qrupu mənzilə yaxınlaşaraq Z.Əliyevi təslim olmağa dəvət edib. Lakin o,
təslim olmayıb və özü ilə gəzdirdiyi silahla əməliyyat qrupuna silahlı
müqavimət göstərərək onlara atəş açıb. Nəticədə cavab atəşi ilə Z.Əliyev
öldürülüb.
Hadisə
yerindən Z.Əliyevin qanunsuz saxladığı odlu silah və patronlar
götürülüb. Öldürülən şəxs Masallı rayon sakinidir və uzun müddət
Rusiyada yaçadığı və kriminal qruplaşmanın üzvü olduğu deyilir.
Qeyd
edək ki, güllələnmə hadisəsi martın 23-də Masallı rayonunda baş verib.
Masallı rayon sakini, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev
Ağəddin Nuru oğlu güllələnib.
Yaralı 4 güllə yarası ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Hadisənin
münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş
Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana
qaçıb. Lakin o təqib edilərək Masallıda güllələnib.
Faktla
bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120 -ci
(qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.