Şəfəqə Doğru » Manşet » Əlillik təyinatı alan Vətən müharibəsi iştirakçılarının sayı açıqlandı

Əlillik təyinatı alan Vətən müharibəsi iştirakçılarının sayı açıqlandı

Əlillik təyinatı alan Vətən müharibəsi iştirakçılarının sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il 62 min şəxsə əlillik dərəcələri və bununla əlaqədar sosial ödənişlər təyin olunub. 2021-ci ildə əlillik təyin olunanların sayı əvvəlki ilə nisbətən 2 dəfədən də çox olub.

Shafaqadogru.com "Qafqazinfo”-ya isdinadən  xəbər verir ki, bu barədə Agentliyin ötən ilki fəaliyyətinə və qarşısında duran hədəflərə həsr olunmuş iclasda qeyd edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunmasının daim diqqətdə saxlandığını qeyd edib.

 

O, həmçinin Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı ilə yanaşıldığını, eləcə də son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturundan istifadə edilməklə həmin hərbi qulluqçuların effektiv reabilitasiya xidmətləri ilə təminatı işlərinin aparıldığını diqqətə çatdırıb.

Bildirilib ki, Vətən müharibəsində yaralanmış hərbçilərdən artıq 2515 nəfərə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əllliyə görə müavinət təyin olunub. Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.

Keçən il əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Agentliyin reabilitasiya müəssisələrində ötən il 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.