Keçmiş MTN naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər tikinti şirkəti tərəfindən məhkəməyə verilib.
Ölkə.Az saytına istinadən yayılan məlumata görə, tikinti şirkəti olan "Eyfel” MMC
Nərgiz Mahmudova barədə Yasamal rayon məhkəməsinə şikayət verib. İddiaçı
qismində tanınan tikinti şirkəti iddiasında göstərib ki, Mahmudova
Nərgiz Eldar qızı, Q.Şahqasımov və T.Əzimova ilə bağlanmış müqavilələr
etibarsız hesab edilsin. Həmçinin mülkiyyət hüququnun tanınması tələbi
barədə qarşılıqlı iddiada verib. Bununla yanaşı "Eyfel” MMC hər 3 şəxsə
qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair
tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb.
Ancaq
Yasamal rayon məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin
etməyib. Bundan sonra "Eyfel” MMC Bakı Apellyasiya Məhkəməsinə müraciət
edib. Mart ayının 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə tikinti
şirkətinin apellyasiya şikayətinə baxılacaq.
Qeyd
edək ki, "Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov, şirkəti vaxtilə "MTN
işi”nə görə axtarışda olan "Akula Akif" ləqəbli Akif Mustafayevlə birgə
təsis edib.Belə ki, Eldar Mahmudovun ölkədə "at oynatdığı” dönəmdə Yavər
Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O,
törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə
cəzasına məhkum olunmalı halda MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə
canını qutara bilib.