Şəfəqə Doğru » Gündəm » Jurnalistin evi qarət olundu-Mehdiabadda

Jurnalistin evi qarət olundu-Mehdiabadda

Jurnalistin  evi  qarət  olundu-Mehdiabadda

Jurnalistin  evi  qarət  olundu-Mehdiabadda

 

 

Abşeron rayonunda jurnalist Vasif Həsənlinin evindən oğurluq olub.

 

Bu barədə "Report.az" saytına V.Həsənlinin özü məlumat verib.

 

O, hadisə vaxtı evdə olmadığını bildirib: "Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar".

 

Faktla bağlı zərərçəkən Abşeron Rayon Polis İdarəsinə məlumat verib, araşdırma aparılır.

 

Qeyd edək ki, V.Həsənli ölkə.az saytında çalışır.