Şəfəqə Doğru » Gündəm » ABŞ-dan inanılmaz: Putinin əlində uşaqların qanı var

ABŞ-dan inanılmaz: Putinin əlində uşaqların qanı var

ABŞ-dan inanılmaz: Putinin əlində uşaqların qanı var

Rusiya hakimiyyətinin əlində Suriya uşaqlarının qanı var.

Shafaqadogru.com  xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.

"Kimyəvi silah istifadə edilir və bunun ucbatından əlində heç vaxt silah tutmayan şəxslər ölürlər. Kim buna qadirdir? Əsl dəhşətdir. Əlində Suriya uşaqlarının qanı olan Rusiya rejimi Suriyada xəsarət alan uşaqların fotolarından utanmır. Biz Əsədin dağıdıcı siyasətində Rusiyanın rolunu unutmamalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, Suriyada kimyəvi silahın tətbiqi ilə bağlı BMT TŞ-nin təcili iclası bu gecə keçirilib.