
Prezidentin
Mətbuat Xidmətindən "Sherg.az" saytına daxil olan məlumata görə, Ramiz
Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə
dövlətimizin başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri
ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan
dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin
müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının
rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər
əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.