Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası
yaxınlığındakı "LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq
hadisəsi baş verib. Movqe.az saytına istindən yayılan xəbərdə bildirilir ki, üzünə maska taxan iki nəfər şəxs
"LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin
vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa
əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu
götürərək aradan çıxıblar. Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma
məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla
bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində
əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.