Şəfəqə Doğru » Gündəm » Deputatın ölümündə dərman ehtimalı-Araşdırma aparılır

Deputatın ölümündə dərman ehtimalı-Araşdırma aparılır

Deputatın ölümündə dərman ehtimalı-Araşdırma aparılır

   Deputat Astan Şahverdiyevin Qusar rayonunda vəfat etməsi ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

   Bu barədə Baş Prokurorluqdan Teleqraf.com  saytının sorğusuna verilən cavabda bildirilib.

Nəlumatda deyilir ki, Astan Şahverdiyevin yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişməsi barədə sosial şəbəkədə yayılan məlumatlarla bağlı Respublika Prokurorluğunda araşdırma başlanıb.

Yayılan məlumatlarla bağlı prokurorluğun günün ikinci yarısında açıqlama yayacağı gözlənilir.

   Astan Şahverdiyev aprelin 16-də Qusar rayonunda yerləşən "Chateau” otelində ürək tutmasından ölüb.

   Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma aparılıb.

Xatırladaq ki, Astan Şahverdiyev Nyu York elmlər akademiyasının həqiqi üzvü, Moskva Energetika İnstitutun professoru olub.