Hərbçilərə orden və medalların verilməsi niyə gecikir? - AÇIQLAMA
- Tarix: 11-yan-2021, 11:32 - Bölmə: Manşet / Maraq - Baxış sayı: 24
44 günlük Vətən Müharibəsində əsgərdən tutmuş tibb işçisinə kimi hər kəs şanlı tarixin bir parçasına çevrilib.
Shafaqadogru.com  xəbər verir ki, tarixi qələbənin əldə olunmasında müstəsna rolu olan hərbi qulluqçular, şəhid və qazilərimizin dövlət tərəfindən sosial müdafiəsi ilə yanaşı, medal və ordenlərlə təltif edilməsi də həyata keçirilir.

Hazırda bəzi hərbçilər arasında medal və ordenlərini hələ də ala bilməyənlərə rast gəlinir. Təltiflərin təqdim edilmə prosesi ilə bağlı hərbi ekspertlər ARB24-ə öz fikirlərini bildiriblər.

Hərbi ekspert Ramil Məmmədli: "Azərbaycan ordusunun bir hissəsi orden və medallarla təltif edildilər. Onların bəzi ən yüksək  mükafatlara layiq görülüblər. Vətən Müharibəsində şücaət göstərən hər bir Azərbaycan vətəndaşı öz mükafatını alacaqlar".

Sabiq briqada komandiri Şair Ramaldanov: "Təltif o demək deyil ki, bu gün və ya sabah verilsin. Bəzi məlumatlar ola bilsin ki, komissiyalar tərəfindən araşdırılarkən ortaya çıxsın".

Oxşar xəbərlər