"Azərbaycan qanunvericiliyinə əsasən, bu kimi hallarda işçinin günahı olmadan hər hansı fasilə yaranırsa, əmək haqqının verilməsi qaydası nəzərdə tutulub".
Shafaqadogru.com xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-də çıxışı zamanı deyib.
Nazir çıxışında dərslərin dayandırılmasına görə müəllimləri, məktəbdə çalışan işçiləri maaşlarla bağlı maraqlandıran suala da aydınlıq gətirib:
"İşçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir. Buna görə də maaşların hesablanması və ödənilməsi ilə bağlı hesab edirəm ki, heç bir problem olmayacaq".