Şəfəqə Doğru » Gündəm » "Saxlanılanlar dərhal buraxılmalıdırlar"-Avropa İttifaqı Ermənistan hökumətinə çağırış etdi

"Saxlanılanlar dərhal buraxılmalıdırlar"-Avropa İttifaqı Ermənistan hökumətinə çağırış etdi

"Saxlanılanlar dərhal  buraxılmalıdırlar"-Avropa İttifaqı Ermənistan hökumətinə çağırış  etdi

Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.

TASS agentliyinin verdiyi məlumata görə, bu, bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin rəhbəri Mayi Kosnyançiçin yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.

Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb, xəsarət alanlar var.

Tutulanlar arasında aksiyanın lideri Nikol Paşinyan da var.

 

N.NOVRUZOV