
Sənin hər gün izlədiyin, tamaşa etdiyin yerli televiziya və ya dinlədiyin radio kanallarda,Avropa haqqında şişirdilmiş tənqidlər səsləndirirlər: alkoqolizm, narkotik aludəçiliyi, irqçilik,islamofobiya, "ailə dəyərləri məhv olur" bir sözlə "Avropa mənəvi anlamda dağılır" ibarələri ilə beyinlərə yeridirlər ki "sizə Avropadan xeyir gələsi deyil".Qorxudurlar ki boylanmayasan o tərəfə,öyrənməyəsən.
Əlbətdə ki, hər cəmiyyətin çatışmazlığı var,danılmazdır.
Ancaq, nədənsə, Avropanı sənə xüsusi bir canfəşanlıqla pisləyirlər.
Həmin görünməz güc Avropanın heç bir yaxşı cəhətini sənə göstərmir,gizlədir.Elə yaxşı cəhərlər ki, Azərbaycanda "üst" və ya "elit" adlanan təbəqə onlardan gen-bol yararlanırlar.
Uzağa getməyək, Qərbi Avropadakı ali təhsil ocaqlarında təhsil alanlara fikir versək görəcəyik ki, oradakı tələbələrin içində nə qədər "yuxarı" təbəqə övladları var. Bununla bitmir, hətta tanınmış , çox qazanclı səhnə adamları belə öz övladlarını Avropada oxutmağa, gəncliklərini orada keçirməsinə çalışırlar.

Deməli, Avropa medianın gostərdiyi qədər də bərbad deyilmiş.Ancaq gizlənən güc hər fürsətdə vurmağa,pisləməyə, murdarlamağa davam edir.
Sən görəsən və iyrənəsən deyə!
Sən onlar kimi inkişaf etməyəsən deyə!
Sən yerində sayasan deyə!
Sən sorğulamayasan deyə!
N. Novruzov