Şəfəqə Doğru » Gündəm » Gömrük Komitəsi işdən çıxarılan generallarla bağlı məlumat yaydı

Gömrük Komitəsi işdən çıxarılan generallarla bağlı məlumat yaydı

Gömrük Komitəsi işdən çıxarılan generallarla bağlı məlumat yaydı

Dövlət Gömrük Komitəsi iki generalın işdən çıxması ilə bağlı məlumatlara münasibət bildirib

 


Komitə sədrinin müvafiq əmrinə əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər:

 "Dövlət Gömrük Komitəsi bildirir ki, bu, qanunvericiliklə nəzərdə tutulmuş adi prosedur qaydadır və gömrük sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsidir.

Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri və medya nümayəndələrini əsassız və jurnalist təxəyyülünün məhsulu olan məlumatları yayımlayarkən diqqətli olmağa, rəsmi olaraq təsdiq edilməyən informasiyaları ictimailəşdirərkən və şərh edərkən komitənin mövqeyinin də nəzərə alınmasının düzgün və dolğun xəbər verilməsi baxımından faydalı olacağı qənaətindədir".