Şəfəqə Doğru » Gündəm » Türkiyədə şiddətli atışma – Şəhid var

Türkiyədə şiddətli atışma – Şəhid var

Türkiyədə şiddətli atışma – Şəhid var

Türkiyənin Diyarbəkir bölgəsinin Hani mahalında PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında şiddətli atışma baş verib.

Shafaqadogru.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından informasiya yayılıb.

Məlumata görə, ərazidə axtarış-yoxlama tədbirləri həyata keçirən dəstəyə PKK terrorçularının qəfil hücumu zamanı bir təhlükəsizlik əməkdaşı ağır yaralanıb. Dərhal xəstəxanaya çatdırılan təhlükəsizlik əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.

Bölgədə əməliyyatların davam etdiriləcəyi açıqlanıb.